AZ

Türkiyə parlament sədri Dohadakı hücumu qınadı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Qətər Şura Şurasının sədri Həsən bin Abdullah əl-Qanimlə telefon danışığı zamanı Dohada baş vermiş hücumu kəskin şəkildə pisləyib.

Editor.az xəbər verir ki, bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.

Kurtulmuş bildirib ki, Qətərin paytaxtında HƏMAS nümayəndə heyətinə qarşı təşkil edilən hücum “təcavüz və vəhşilik aktı”dır. O, hadisəni İsrailin baş naziri Benyamin Netanyahunun məsuliyyəti ilə əlaqələndirərək “Netanyahu və onun dəstəsinin dəhşətli hücumu” kimi qiymətləndirib.

Türkiyə parlament sədri Qətərə dəstək ifadə edib və beynəlxalq ictimaiyyəti baş verənlərə qarşı qəti mövqe sərgiləməyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr