AZ

Böyük Britaniya Polşanı "Tayfun" qırıcıları ilə qorumaq istəyir

Böyük Britaniya "Tayfun" qırıcılarını Polşaya göndərmək imkanını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Böyük Britaniyanın müdafiə naziri Con Healey hökumətin Polşanın hava hücumundan müdafiəsinə kömək etmək yolları axtardığını bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Polşa Rusiyanın Ukraynada müxtəlif hədəflərə yönəlik həyata keçirdiyi hücumlar zamanı hava sahəsini dəfələrlə pozan bir neçə PUA-nı məhv etdiyini açıqlayıb. Varşava bu hərəkəti hücum aktı kimi qiymətləndirərək qonşu ölkədə baş verən münaqişəyə ilk dəfə açıq müdaxilə edib.

Seçilən
13
2
publika.az

3Mənbələr