AZ

Şadlıq saraylarında monitorinqlər KEÇİRİLƏCƏK

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Demokrat.az-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sentyabrın 13-dən etibarən ictimai iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.

Qeyd olunub ki, monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Seçilən
8
8
demokrat.az

10Mənbələr