Tovuz, 10 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı - Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində, Əlimərdanlı kəndinə gedən körpünün üzərində qeydə alınıb. “Toyota” markalı avtomobillə “Opel” toqquşub. Hadisə nəticəsində hər iki avtomobil yol kənarındakı qoruyucu səddi yararaq yoldan kənara aşıb. Sürücülər, Tovuz şəhər sakini 36 yaşlı Zaur Mehdiyev və rayonun Cəlilli kənd sakini 23 yaşlı Ağasif Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.