“Mançester Yunayted”in gənc yarımmüdafiəçisi Kobbi Mainu “Napoli”yə keçə bilər.
İdmanxeber.az xəbər verir ki, 20 yaşlı futbolçu oynamaq imkanı az olduğu halda yanvarda klubdan ayrılmaq istəyir. Onun əsas hədəfi İngiltərə millisinin heyətində DÇ-2026-da iştirak etməkdir.
Mainu bu mövsüm 2 oyunda 1 asist edib, “Yunayted”lə müqaviləsi isə 2027-ci ilə qədərdir.
Qeyd edək ki, “Napoli” ÇL-də “Qarabağ”ın rəqibidir.