AZ

“Yer üzündə növbəti kütləvi yox olma baş verəcəkmi? Alimlərin yeni araşdırması

ain.az, Moderator.az saytına istinadən bildirir.

"Son tədqiqat göstərir ki, hazırkı növ itkiləri əvvəlki geoloji dövrlərlə müqayisədə daha yavaşdır və "altıncı kütləvi yox olma" hipotezi hərtərəfli deyil..."

Arizona və Harvard universitetlərinin alimləri tərəfindən aparılmış yeni tədqiqat Yer üzünün "altıncı kütləvi yox olma" mərhələsində olduğu barədə məşhur nəzəriyyəyə şübhə doğurur.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.

Tədqiqat göstərir ki, bioçeşidliliyin azalması real problem olsa da, hazırkı növ itkilərinin tempi əvvəlki geoloji dövrlərlə müqayisədə xeyli aşağıdır.

Alimlər Con Viens və Kristen Saban Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) 163 022 bitki və heyvan növü üzrə məlumatlarını analiz ediblər. Onların diqqət mərkəzində 1500-cü ildən bəri cins (genus) səviyyəsindəki yox olmalar olub. Cins bir neçə əlaqəli növü birləşdirən bioloji təsnifatdır, məsələn, Canis cinsinə canavarlar, itlər, koyotlar və çaqqallar daxildir.

500 ildə yalnız kiçik itkilər

"PLOS Biology" jurnalında dərc olunan nəticələr göstərir ki, son 500 ildə 102 cins - 90 heyvan və 12 bitki cinsi yox olub. Bu, analiz edilən bütün cinslərin yalnız 0,45 faizini təşkil edir. Həmçinin, 10 ailə (cins qrupları) və 2 sıra (ailələr qrupu) yoxa çıxıb.

Viens qeyd edir ki, bu yox olmaların əksəriyyəti quşlar (37 cins) və məməlilər (21 cins) arasında baş verib və Yeni Zelandiya, Havay və Maskaren adalarında müşahidə olunub. Onun sözlərinə görə, bu ərazilər insan tərəfindən gətirilmiş invaziv növlər üçün xüsusilə həssasdır və qlobal tendensiyanı tam əks etdirmir.

Yox olma tempi yavaşlayır

Tədqiqat müəllifləri bildirir ki, cinslərin yox olma tempi sürətlənmir, əksinə azalır. Ən intensiv yox olma dövrləri XIX əsrin sonu və XX əsrin əvvəlinə təsadüf edir. Bu yavaşlamanın səbəbi təbiəti qoruma səylərinin güclənməsi ilə izah olunur.

"Hər bir yox olma faciədir və belə olmamalı idi", - professor Viens vurğulayır. Eyni zamanda, o, əlavə edir ki, hazırkı vəziyyət geoloji dövr ərzində növlərin 75 faizinin yox olmasını tələb edən kütləvi yox olma tərifinə uyğun gəlmir. Yer üzünün 4,5 milyard illik tarixində belə hadisələr yalnız beş dəfə baş verib.

Alimlər arasında fərqli baxışlar

Bu tədqiqat 2023-cü ildə aparılmış başqa bir araşdırmanın nəticələrinə ziddir. Həmin işdə "biz altıncı kütləvi yox olmanın astanasındayıq" iddiası irəli sürülüb. Viens isə bildirib ki, həmin araşdırma yalnız 5400 onurğalı cinsə əsaslanır, balıqlar, həşəratlar və bitkilər nəzərə alınmayıb.

Digər tərəfdən, araşdırmanın müəllifləri Herardo Sebalos və Pol Erlix hesab edirlər ki, növ və cins itkiləri təbii şəraitdən minlərlə dəfə sürətlidir və altıncı kütləvi yox olma konsepsiyası ilə bioçeşidlilik böhranı sıx bağlıdır.

Bəzi ekspertlər, məsələn, BirdLife International-dan Styuart Buçart, terminoloji mübahisələri “yayındırıcı amil” hesab edir. Onun sözlərinə görə, hazırkı növ itkilərinin tempi – kütləvi yox olma kriteriyalarına uyğun olub-olmamasından asılı olmayaraq – insanlıq üçün ciddi təhdiddir.

O, qeyd edir ki, geoloji zaman kütləvi yox olma çox sürətlə baş versə də, min illər tələb olunur. Buna görə də son iki əsrin növ itkilərinin növbəti kütləvi yox olmanın başlanğıcı olub-olmadığını dəqiq demək çətindir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
2
moderator.az

3Mənbələr