ABŞ-ın Yuta ştatının Orem şəhərində keçirilən universitet tədbiri zamanı tanınmış siyasi fəal Çarli Kirk silahlı hücuma məruz qalıb.
Məlumata görə, Kirk boyun nahiyəsindən güllə yarası alıb. Hadisə ilə bağlı əlavə detallar açıqlanmır, onun vəziyyəti barədə rəsmi məlumat gözlənilir.
Qeyd edək ki, Yuta ştatında universitet tədbirində snayperlə vurularaq ağır yaralanan amerikalı siyasi fəal Çarli Kirk sağçı düşərgənin nümayəndəsi və ABŞ prezidenti Donald Trampın ən qatı tərəfdarlarından biri kimi tanınır.
Hücum ABŞ ictimaiyyətində ciddi rezonans yaradıb.
Musavat.com