AZ

Polşa Baş nazirinin həyat yoldaşının avtomobilioğurlanıb

Polşanın Baş naziri Donald Tuskun həyat yoldaşına məxsus şəxsi "Lexus" markalı avtomobil Sopotda oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə TVN24 telekanalına Polşa polisindən bildirilib.

"Biz sorğu aldıq, Qdanskdakı Voyevodalıq Polis İdarəsinin əməkdaşları bu hadisə üzərində işləyirlər", - Polşa Polis Baş İdarəsi TVN24 kanalına bildirib. 

Qeyd olunur ki, Tuskun Sopotda evi xüsusi mühafizə altındadır. (Polşada yüksək vəzifəli məmurların və onların ailələrinin mühafizəsi ilə Dövlət Təhlükəsizliyi Xidməti məşğul olur - red.). Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Seçilən
15
50
redaktor.az

10Mənbələr