Polşa Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Trampla ölkənin hava məkanını pozan pilotsuz təyyarə insidenti ilə bağlı telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Mən indicə ABŞ Prezidenti Donald Trampla telefonda Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması ilə bağlı danışdım", - məlumatda deyilir.
Navoritski vurğulayıb ki, bu məsləhətləşmələr müttəfiqlərlə daha geniş danışıqların bir hissəsidir:
"Bu söhbət mənim müttəfiqlərimizlə apardığım məsləhətləşmələr silsiləsinin bir hissəsidir".