AZ

Yanukoviç Avropa Məhkəməsində məğlub oldu – Sanksiyalar qüvvədə qalır

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı 10 illik məhkəmə mübarizəsini uduzub.

Məlumatı Politico yayıb. Bildirilir ki, Yanukoviç Avropa İttifaqının sanksiyalarını əsaslandırılmamış hesab edərək onların ləğvini tələb etmişdi. Onun arqumentinə görə, nə Ukraynada ona qarşı cinayət işi açılmışdı, nə də əleyhinə konkret sübut təqdim olunmuşdu.

Lakin Avropa İttifaqı Məhkəməsinin tərkib hissəsi olan Ümumi Yurisdiksiya Məhkəməsi bu həftə onun iddiasını rədd edib. Məhkəmənin 18 səhifəlik qərarında qeyd olunub ki, Yanukoviçin prezidentliyi dövründə atdığı addımlar Ukraynanın “aydın şəkildə destabilizasiyasına” səbəb olub.

Qərarda həmçinin vurğulanıb ki, Avropa İttifaqı mövcud hüquqi meyarlara uyğun olaraq Yanukoviçi sanksiya siyahısına salmaqda haqlı idi.

Bununla da sabiq prezidentin Brüsselin qərarını dəyişdirmək cəhdləri baş tutmayıb və sanksiyalar qüvvədə qalır.  \\Musavat.com

Seçilən
3
3
hurriyyet.az

4Mənbələr