AZ

Zəngəzur dəhlizindən necə keçəcəyik? – Əliyevin şərti, Paşinyanın şərhi

Nikol Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkan deyib ki, “sərhəddə pasportların oxunması cihazlarından istifadə edəcəklər, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər”.

Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağı hələlik bəlli deyil. Paşinyanın bu açıqlaması da
“dəhlizin verilməsi Ermənistanın suverenliyinin pozulmasıdır” ittihamlarına qarşı özünümüdafiə xarakteri daşıyır. Lakin Naxçıvana gedəcək azərbaycanlıların erməni sərhədçiləri, yaxud gömrükçüləri ilə təmas qurmaması Azərbaycanın əsas tələblərindən olub. Prezident İlham Əliyev də bildirmişdi ki, “bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil, burada heç bir fiziki təmas olmalı deyil”.

Təmasın olmaması baxımından Paşinyanın “oxuma cihazları” Bakının tələbinə uyğun gəlir. Hərçənd, Azərbaycan “Naxçıvana maneəsiz keçid” dedikdə təkcə heç bir təmasın olmamasını nəzərdə tutur, yoxsa, ümumiyyətlə hər-hansı yoxlamanın olmamasını? Bunun detalları hələ açıqlanmayıb. İstisna deyil ki, Vaşinqton razılaşmasının reallaşmasına maneələrin yaranmaması və Ermənistanın daxili ictimai rəyində Paşinyana qarşı istifadə edilməməsi üçün Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər.

Asif Nərimanlı

Seçilən
3
50
publika.az

10Mənbələr