AZ

Dünya çempionu karyerasını başa vurub

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransalı qapıçı Stiv Mandanda karyerasını bitirmək qərarına gəlib.

İdman.biz xəbər verir ki, 40 yaşlı qolkiper bu barədə özü deyib.

Mandanda bir çox təklif aldığını, lakin bunları dəyərləndirmək istəmədiyini söyləyib.

Onun son komandası Fransanın "Renn" klubu olub. Mandanda yığmanın heyətində 35 oyun keçirib. O, 2018-ci ildə keçirilən dünya çempionatında Fransanın heyətində olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
icma.az

2Mənbələr