AZ

Yevlaxda toydan qayıdan dörd nəfər ağır qəzaya düşdülər

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.

Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media

Seçilən
6
13
bizim.media

10Mənbələr