ABŞ Səhiyyə Departamenti hamilə qadınlara geniş istifadə edilən Tylenol ağrıkəsicisinin aktiv tərkib hissəsi olan asetaminofen (parasetamol) ilə bağlı xəbərdarlıq etməyə hazırlaşır.
E-saglam.az xəbər verir ki, səbəb – bu maddə ilə autizm və diqqət çatışmazlığı hiperaktivlik sindromu (DEHB) arasında mümkün əlaqənin aşkar edilməsidir.
"BMC Environmental Health" jurnalında dərc edilən tədqiqatda 46 araşdırma təhlil edilib və asetaminofen istifadəsi ilə neyroinkişaf pozuntuları arasında əlaqə ehtimalı göstərilib. Alimlər bildirirlər ki, bu nəticələr səbəb-nəticə sübutu deyil, lakin diqqətlə izlənməlidir.
Wall Street Journal yazır ki, Səhiyyə Departamentinin hesabatı yaxın günlərdə yayımlanacaq. Mütəxəssislər hamiləlik dövründə dərmanların yalnız zəruri hallarda, ən aşağı doza ilə və həkim nəzarəti altında istifadəsinin vacibliyini vurğulayırlar.
CDC məlumatına görə, 2000-ci ildə hər 150 uşaqdan birinə qoyulan autizm diaqnozu indi hər 36 uşaqda müşahidə olunur. Bu artım həm məlumatlılığın yüksəlməsi, həm də ətraf mühit faktorları ilə əlaqələndirilir.
Tərcümə: Könül Oruc
E-saglam.az