Bildirilib ki, sürücülər prospektdən Azər Manafov küçəsinə dönərkən ciddi risklə üz-üzə qalırlar. Prospektin sağ zolağında həm düzünə, həm də sağa hərəkəti göstərən üfüqi nişanlanma mövcuddur.
Lakin dönmək istəyən sürücülərin görmə imkanını yol kənarındakı ağaclar məhdudlaşdırır.
Nəticədə, sağ tərəfdən hərəkət edən avtomobilləri vaxtında görmək mümkün olmur ki, bu da qəza ehtimalını artırır.
Qeyd olunub ki, diqqətçəkən digər məqam isə yolun üzərində iki "Stop" xəttinin olmasıdır. Bu isə sürücülərin çaşqınlıq yaşamasına səbəb olur və yol hərəkətində təhlükə yaradır.
Ətraflı Baku TV-nin süjetində: