AZ

Netanyahu Qətər hakimiyyətini ittiham etdi

BAKI, 11 sentyabr. TELEQRAF

İsrailin baş naziri Binyamin Netanyahu Qətər rəsmilərini “terrorçulara sığınacaq verməkdə” ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin bəyanatında qeyd olunur.

"Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə deyirəm: Ya onları qovacaqsan, ya da məsuliyyətə cəlb edəcəksən. Çünki etməsən, biz edəcəyik" - deyə, bəyanatda bildirilir.

Netanyahu Fələstin hərəkatının Siyasi Büro üzvlərinə hücumu 11 sentyabr terror aktından sonra Amerika kəşfiyyat orqanlarınınƏfqanıstanda Əl-Qaidə terrorçularının təqib etməsi, həmçinin Pakistanda Üsamə bin Ladenin öldürülməsi iləmüqayisə edib .

İsrail baş nazirinin sözlərinə görə, ordu 7 oktyabr 2023-cü il hadisələrinin təşkilatçılarını təqib etməkdə eyni prinsip əsasında hərəkət edib. Netanyahu Qətəri HƏMAS-ı təkcə sığınacaq verməkdə deyil, həm dəmaliyyələşdirməkdə ittiham edib.

Seçilən
1
teleqraf.com

1Mənbələr