Dağıstanda güclü daşqın və sel həyatı iflic edib.
Axar.az yerli Teleqram kanallarına istinadən xəbər verir ki, təbiət hadisəsi səbəbindən bölgənin bir sıra rayonları ilə əlaqə kəsilib.
Belə ki, yollar çaya çevrilib, avtomobilləri sel aparıb. Buynaksk şəhərində bir sıra evlər su altında qalıb.
Məlumata görə, yağıntıların səviyyəsi 60 santimetrə çatır, hadisə yerində xilasedicilər işləyirlər.