ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 11 sentyabr, AZƏRTAC
Kişi basketbolçular arasında Avropa çempionatında bütün yarımfinalçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, 1/4 finalın son oyununda Almaniya millisi Sloveniyaya qalib gələrək (99:91) növbəti mərhələyə vəsiqə qazanıb.
Yarımfinalda Türkiyə Yunanıstanla, Finlandiya isə Almaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələnin matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.