AZ

Mask “taxt-tacından” məhrum edildi  

Bir ilə yaxındır ki, planetin ən varlı adamları siyahısına başçılıq edən İlon Mask “taxtından salınıb”. Musavat.com Bloomberg-ə  istinadən xəbər verir ki, Oracle-ın qurucusu Larri Ellison sərvətini kəskin artıraraq dünyanın ən varlı adamına çevrilib.

81 yaşlı Ellisonun sərvəti cəmi bir gündə - Oracle Corp-un proqnozları üstələyən rüblük hesabatının dərcindən sonra 101 milyard dollar artıb.

Nəticədə Ellisonun kapitalı 393 milyard dollara çatıb. Bu, indeks tarixində indiyə qədər bir gün üçün qeydə alınmış ən böyük sərvət artımıdır.

İlon Maskın xalis sərvəti indi "cəmi" 385 milyard dollardır.

 

Musavat.com

 

Seçilən
3
musavat.com

1Mənbələr