AZ

Qətər Qəzzaya dair vasitəçilik fəaliyyətini yenidən nəzərdən keçirir

Qətər hökuməti Qəzza sektoruna dair vasitəçilik fəaliyyətini, o cümlədən İsrailin zərbəsindən sonra Dohada HAMAS ofisinin mövcudluğunu yenidən nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əl-Tani "CNN"ə verdiyi müsahibədə bildirib.

“Əütün prosesi yenidən nəzərdən keçiririk. ABŞ hökuməti ilə çox ətraflı dialoq aparırıq və növbəti addımlarımızı müəyyən etməliyik, çünki bu vəziyyət qəbuledilməzdir”, – deyə o vurğulayıb.

Seçilən
6
1
apa.az

2Mənbələr