AZ

Avropa ABŞ-a Rusiya qazından imtina edəcəyinə söz verdi

BAKI, 11 sentyabr. TELEQRAF

Avropa Birləşmiş Ştatlara 2026-cı ilin sonuna qədər istənilən formada Rusiya qazının alınmasını tamamilə dayandıracağına dair söz verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin enerji naziri Kristofer Rayt bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna kimi spot müqavilələrlə Rusiyadan qaz almaq mümkündür: "Rusiyadan 2026-cı ildə müqavilə əsasında qaz almaq olar. Amma 2027-ci il yanvarın 1-i gələn kimi Rusiya qazı olmayacaq".

Siyasətçi əlavə edib ki, ABŞ Avropa bazarlarına mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edəcək.

Seçilən
4
teleqraf.com

1Mənbələr