Kiyev rəhbərliyi və Brüssel rəsmiləri hər gün Macarıstanı Ukrayna münaqişəsinə cəlb etməyə çalışır.
APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belarusun “Birinci informasiya” telekanalına müsahibəsində deyib.
“Demək olar ki, hər gün Ukrayna və Brüssel bizi bu müharibəyə sürükləməyə çalışır. Biz müharibəyə fərqli baxan azsaylı ölkələrdən biriyik, Brüsseldə isə tamamilə başqa mövqe var. Biz ilk gündən atəşkəsə və sülh danışıqlarına çağırmışıq. Görürük ki, bu müharibəni Ukrayna döyüş meydanında qazana bilməz. Bu münaqişəni bitirməyin ən yaxşı yolu danışıqlar masasıdır”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, münaqişə nə qədər uzansa, bir o qədər çox ukraynalı həyatını itirir.