AZ

Koloradoda məktəbdə atışma zamanı azı 3 nəfər yaralanıb

ABŞ-ın Kolorado ştatının Evergrin şəhərindəki orta məktəbdə baş verən atışma nəticəsində ən azı üç nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan ikisi şagirddir. Yaralıların vəziyyəti kritik olaraq qiymətləndirilir.

Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamağı tövsiyə edib.

Atəş açan şəxs barədə hələlik məlumat verilmir.

Seçilən
3
1
apa.az

3Mənbələr