AZ

"Niyə daha da irəli getmədiyimizi hələ də başa düşə bilmirəm"

“Real”ın hücumçusu Kilian Mbappe karyerası haqda danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, klubdakı uğursuzluğundan şikayətlənib:

“Mənə baxanda tamamilə məğlub olduğumu düşünə bilərsən. PSJ-nin çox güclü heyəti var idi, biz həmişə Çempionlar Liqasını qazanmağa yaxın idik…

Dortmund “Borussiya”sına uduzduq, qapıya 40 zərbə vurduq. Niyə daha da irəli getmədiyimizi hələ də başa düşə bilmirəm.

Biz ötən mövsüm La Liqada çempionluğu əldən verdik, lakin “Barselona” gözəl bir il keçirdi.

Sadə görünən matçlarda fürsətləri əldən verdik. Amma təfərrüatlara baxsaz, bir çox izahat tapa bilərsiz”.

26 yaşlı forvard yeni mövsümdə İspaniya çempionatında 3 oyunda 3 qol vurub.

Seçilən
18
sportinfo.az

1Mənbələr