Xuraman xanım Muradova çağdaş Azərbaycan ədəbiyyatında xüsusi dəsti-xətti, özünəməxsus yazı manerası olan istedadlı vətənpərvər şairə, bir-birindən maraqlı şeirlərin, poemaların müəllifi olan böyük yaradıcı dünyası olan ruhadamıdır. Baxmayaraq ki, bədii yaradıcılığa hələ orta məktəb illərindən başlayan Xuraman xanım cəmi beş ildir ki, mətbuatda çap olunur, amma bu beş ildə başqa yaradıcı insanların on illərlə gördüyü işlərdən daha çox işlər görüb və uğurlar əldə edib. Bu beş ildə təkcə Azərbaycandayox, Türk dünyası ölkələrinin yaradıcı insanları arasında da böyük uğur qazanıb.Yuxarıda yazdığım kimiorta məktəbdəoxuduğu illərdəno, bədii yaradıcılıqla məşğul olub, amma2021-ci ilə qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb.
Bəlkə yenə də mətbuatda çap olunmasına razılıq verməyəcəkdi, əgər Xalq şairi, sağlığında klassik adını qazanmışNəriman Həsənzadə və mən2021-ci ilinsentyabrayında onunla görüşməsəydik vəisrarla onu şeirlərini çap etdirməyə məcbur etməsəydik. Xuraman xanım Xalq şairi Nəriman Həsənzadənin kəşfidir desəm daha düzgünolar. Çünki həmin ilin sentyabrayınınsonlarında Nəriman müəllim Xuraman xanım Muradovanın yaratdığı və rəhbərlik etdiyi “Milan” Hospitalında müalicə olunurdu. Xuraman xanımla görüşəndə bu xanımın böyük ədəbiyyat həvəskar olduğunuvəçoxlu şairlərin şeirlərini əzbər bildiyini görüb. Vəeşidəndə ki, Xuraman xanım da orta məktəb illərindənşeirlər yazır və ondan xahiş edib ki, yazdığı şeirlərdən söyləsin. Əvvəlcə Xuman xanım təvazökarlıq edərək,söyləmək istəməyib. Amma sonra bir neçə şeirini söyləyib. Ədəbiyyata qarşı həddindən artıqprinsipial insan olan və hər şeiri bəyənməyən Nərimanmüəllim,Xuraman xanımın şeirlərini bəyənib vəelə oradan mobil telefonlamənə zəng vurub belə dedi: “Ağalar müəllim mən çox istedadlı bir şair xanımı kəşf eləmişəm. Çox maraqlı şeirləri var. Çox istərdim ki, onun şeirlərini mətbuatda çap edəsiniz”. Beləliklə, səhəri günü Nəriman müəllimlə birlikdəmən “Milan” Hospitalına gəlmişəm və Xuraman xanımla tanış olmuşam. Onun bu HospitalrdaAvropa və dünyasəhiyyəsi səviyyəsindəgördüyü işlərlə tanış olmuşam və heyran qalmışam. Vəsonraisrarla şeirlərini mənə verməsini xahiş etmişəm. O, isəbu şeirləri çap etdirmək istəmirdi və bu şeirləri yalnız özü üçün yazdığını deyirdi. Mən elə orada onun beş-altı şeirinin oxumuşam və hamısı xoşuma gəlib. Beləliklə, Nəriman müəllimin və mənim xahişimlə Xuraman xanım Muradova şeirlərinin mətbuatda çap olunmasına razılıq verdi.
Yadıma gəlir XuramanxanımMuradovanın şeirləri 2021-ci ilin oktyabr ayındarespublika mətbuatında çap olunanda, böyük oxucu marağına səbəb olmuşdu. Çünki bu şeirlərdəki orijinallıq, onun hər şeirində maraqlı, obrazlı ifadələr tapması, sözaltı mənaların dərinliyi, şeirlərin lakonikliyi, az sözlə böyük fikirlər ifadə etməsiXuraman xanımı az bir vaxtda oxuculara çox sevdirdi. Tez bir vaxtda başqa şeirlərini də çap etdik.Elə həmin il onun “Sənə məktub yazacam” şeirinə çox istedadı bəstəkarRuslan Səfərovmahnı bəstələndi və bu mahnınıcavan, istadadlı müğənniMirələm Mirələmov yüksək peşəkar səviyyədə oxudu.Mahnının sözləri, musiqisi və ifası yüksək peşəkar səviyyədə olduğuna görə azbir vaxtda böyük populyarlıq qazandı. Bütün bunlardan ruhlanan Xuramanxanım Muradova da 2023-cü ildəilk kitabını“Sənə məktub yazacam”ıçap etdirdi. Azərbaycan Yazıçılar Birliyində, Xalq yazıçısı Çingiz Abdullayevin rəhbərliyi ilə bu kitabın böyük təqdimatı oldu. Bu kitaba görə Xuraman xanıma ədəbiyyat və incəsənət xahəsində böyük mükafat sayılan “ Humay” mükafatıverildi. Sonra bu kitab Türk, Özbək və Qırğız dillərinə çap olundu və həmin ölklərdə də çox maraqla qarşılandı. Azərbaycandan, Türkiyədən olançoxlubədii qiraətçilər onun şeirlərini yüksək peşəkar səviyyədə söyləməyə başladılar. Bir neçə maraqlı bəstəkarlar onun şeirlərinəyenədəmahnılar yazdılar. Mən bütün bunlara çox sevindim. Çünki daxilimdə böyük bir inam vardı ki, Xuraman xanım Muradaova az bir vaxtda bədii yaradıcılıqdaçoxlu uğurlar əldə edəcək. Axıo, təkcə istedadlı şairə yox, həm də böyük zəhmətkeş, əldə etdiyi uğurlara adi bir iş kimi baxan xanımdır.Belə ki, onun sahibkarlıq sahəsində əldə etdiyi böyük uğurlar bunu sübut edirdi ki, Xuraman xanımınədəbiyyat sahəsində dəəldə etdiyi uğurlardan heç vaxtrazı qalmayıb və həmişə daha böyük işlər görməyə can atacaq. Əldə etdiyi uğurlara görə heç vaxt özündən razı olmayan belə təvazökarinsanlar da çox mübariz olurlar.
Elə 1987-ci ildən, yəni ali məktəbi bitirəndən sonra əldə etdiyi uğurlara nəzər salanda bunu çox ayadın görmək olur. Belə ki, o, 1987-ci ildə İnşaat Mühəndisləri Akademiyasınımemar-mühəndis kimi yüksək qiymətlərlə bitirib. 1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb və“Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə“Laçın” Kiçik müəssisəsinin nəzdində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb. 2014-cu ildə isədaha böyük iş görərək,“Milan” Hospitalını ərsəyə gətirib. Xuraman xanım Avropa Tibb Assosiasiyasinin vəEPMA-nin fəxri üzvüdür. Oksford Akademiyasının fəxriprofessoru olan ilk azərbaycanlı xanımdır.
Onun yaratdığı “Milan” Hospitalı uzun illərdir ki,insanlarımızın sağlamlığı keşiyində mətin dayanıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasiyetlərin sayı günü-gündən artır. Burada birinci və ikinciQarabağ müharibəsi qaziləri, onların ailələri pulsuz müalicə olunurlar.
Xuraman xanımtibb sahəsində çalışdığı bu müddətdə, bir sahibkar kimi də xalqımıza bu müqəddəs yolda xidmətedir. Yüksək təşkilatçı, dərin erudiyalı, uzaqgörən siyasətçi Xuraman xanım Muradova sahibkarlıqla məşğul olmağa başladığı dönəmdəçoxlu mükafatlarlara layiq görülüb. Onlardan bir neçəsini burada tarix kimi yazıram. Şuşa fatehi Xususi Təyinatlı Qüvvələr komandanı general polkovnik-leytenatnı Hikmət Mirzəyev tərəfindən Fəxri Fərmana layiq görülüb. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Azərbaycan Döyüş Sənətləri Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub. "N" saylı Hərbi Hissə komandirləri tərəfindənmükafatlandırılıb. Vətən muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına laiq görülüb. 2017-ci ildə“Lider” TV-də Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi töhvələrə, ailələrin sağlamlığının möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub. Son zamanlarda isə Xuraman xanım Muradova Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən XurşidBanu Natəvan adına mükafata və Türkiyə Cümhuriyyətinin ödülünə layiq görülub.
Beləliklə,XurşudBanu Natəvanadına mükafatın laureatı, Azərbaycandakıbir neçə məşhur Hərbi Korpusların, qoşunbirləşmələrinin diplomlarını, Fəxri Fərmanlarını almış, bir neçə xarici ölkələrin ödüllərinə layiq görülmüş,Türkiyə Cümhuriyyətinin ödülünü almış əsl vətənpərvər azərbaycanlı xanım - Xuraman İsmayıl qızı Muradovanıxalqımızəvvəllərsahibkar kimi yaxşı tanıyırdı.Amma indi çox maraqlı şair, yazıçı kimi tanıyır. Xuraman xanım Azərbaycanı təkcə mələkətimizdəkeçirilənmöhtəbərədəbiyyattədbirlərində yox, Türkiyədə, Şimali Kiprdə, Özbəkistanda, Qırğızıstanda və başqa respublikalarda tanınmış yazıçı, şair kimi qarşılayır, onunlaölkə, ədəbiyyatrəhbərləri səviyyəsində maraqlı görüşlər keçirilir. Xaql şairimiz Nəriman Həsənzadə də, mən də bundan böyük fəxarət duyuruq. Deməli, Xuraman xanım özününAllah vergisi olanistedadı, ən əsası isə böyük zəhməti, çalışqanlığı ilə az bir vaxtda böyük uğurlara imza atıb. Artıq bu beş ildə onun yeddi kitabı çap olunub. İndi isə xalqımız üçün ən böyük sevindirici hal bu oldu ki, Xuraman xanım Muradova yenicə yardılan türkdilli yazar xanımların yaradıcı təşkilatının- Türk Dünyası Qadın Şairlər ( Yazıçılar) Birliyinin sədri seçildi. Bu, çox böyük və cavabdehlivəzifədir. Çünki Yer kürəsində 250 milyondan çox türkdilli xalq yaşayır. Və bütün türkdilli xalqlar da çox istedadlı, bacarıqlı, böyük təfəkkürlüdür. İndi bundan sonra bu xaqların yazar xanımlarınaməhzazərbaycanlı xanım Xuraman Muradova rəhbərlik edəcək. Bu, həqiqətən də böyük qürurverici və cavabdehli işdir. Mən, bu münasibətlə əziz bacım Xuraman xanımı təbrik edirəm və ona yaradıcılıqda və bu cavabdehli işdə daha böyük uğurlar arzu edirəm.
Böyük yaradıcı insanlar deyib ki, “istedad və zəhmət elə bir müqəddəs nemətdir ki, onun qarşısını almaqelə də asan deyil. O gec-tez özünü lazım olan kimi göstərir. Bax, bundan sonra həmin insanların qarşısını almaq mümkün olmur”.Bəli. Xuraman xanımın da yazdığı bir-birindən maraqlı, məzmunlu, obrazlı ifadələrlə zənginşeirləri, poemaları, hekayələri, bayatıları,şeirlərinə bəstələnən mahnılar bizə bu fikiri deməyə əsas verir.
Sizə bədii yaradıcılıqdabundan sonra daböyük uğurlarvəTürk dünyası şair xanımların başqanı-sədri kimi çətin, cavabdehli, məşəqqətli yoldauğurlar arzu edirik, Xuraman xanım!
İndi isə Xuraman xanım Muradovanın son vaxtlar yazdığı yeni şeirlərinisizə təqdim edirik əziz oxucular. İnanırıq ki, bu şeirlər də sizin xoşunuza gələcək.
AğalarİDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı-rejissor
XuramanxanımMURADOVA
(şeirləri)
Salam,60yaşım, xoşgördüksəni
Salam, 60 yaşım, xoş gördük səni,
Gecikdin demirəm… vaxtında gəldin.
Nə isti yaymsan, nə də sərt qışım -
Ömrümün ikinci payında gəldin…
Öncə gözlərindən tanıdım səni,
Orda dərin izlər qoyubdu zaman.
Bir az yorğunluq var, bir az da qürur
Bir az da qəlbini oyubduzaman…
Salam, 60 yaşım, otur, dincələk,
Gəl, söhbət eləyək, çay süzüm sənə.
Söylə kim incitdi,küsdürdüsəni?
Kim qaldı qəlbində, gizlin de mənə.
Gözlərində izləri var illərin,
Hər xatirəm ömrümə yaraşıqdı.
Amma ruhum - uşaq kimi hələ də,
Sevinclə nur saçan xoş bir işıqdı…
Oğlumun, qızımın sevincləri var,
Xeyirxah,gərəkli hər bir işində.
Demək ki, bu ömür tək mənim deyil,
Onların payı varxoşgəlişində…
Salam, 60 yaşım, əziz qonaq tək,
Evimə, qəlbimə xoş gəlmisən sən.
Ömrümün ikinci baharı kimi,
Ömrümdən ömrümə xoş gəlmisən sən.
Salam,Uşaqlığım
Salam, uşaqlığım…
Xoş gördük səni.
Bu yaşımda - saçlarıma qar yağan çağımda,
Sənin həyəcanlı gözlərinə baxmağa gəlmişəm…
Tanıdınmı məni?
Ovaxt oyuncağını heç kəsə verməzdin…
İndi isə xatirələrini heç kimə etibar etməyən
Mənəm, mən…
Qapını döydüm…
Açdın yenə gülümsəyərək,
Əlində bir tikə təndir çörəyi,
Üstündə bir az yağ, pendir -
Bilsən, o bir tikə çörək
İndi necə həsrət mənə…
Uzanmışamdivanın bir küncünə,
Nənənin tikdiyi yastığın qoxusunu axtarıram…
Danış, uşaqlığım, danış bir az,
O illərdən nə qaldı sənə?
Məktəb çantası yerində durur,
Divardakı saat hələ də gecikmir,
Pəncərənin o tayında günəş oynayır,
Könlümün içində bir səs pıçıldayır:
“Sən burda idin, sən daim burda idin…”
İndi bu yaşımda –
Yaralarımla, sevincimlə,
Sənin o saf gülüşünə sığınmağa gəlmişəm.
Qoy bir az qalım…
Üzümə bax, qorxma,
Yenə də mənəm…
Sadəcə bir az yorğunam…
Bir az da küskünəm…
Amma...səninsevənXuramanınam…
Bir şeir yaz…
Bir şeir yaz,
Orda keçmişim sükutladanışsın,
Atamınsəsi, anamın qoxusu...
Uşaqlıq qapımı döysün yenidən.
Həyətdəbacımın sakit ayaqizləri,
İllərlə yolunu gözlədiyim qardaşımın
kölgəsi gəlsin…
Bir şeir yaz,
O şeirdədoğmalarım mənimlə olsun -
Nəfəsimdə, dualarımda,
Dünyanın ən gözəl mahnısı kimi,
Yanımda addımlasınlar…
Bir şeir yaz,
Orda düşmənlər zəlil olsun,
Zalım sözə tab gətirməsin,
Haqqın oduna yansın hər fitnə, hər xəyanət.
Bir şeir yaz,
Xəbislərə, riyakarlara
Dünya işığı zindan olsun,
Onlar gecənin soyuğundaazsın,
Biz isə səhərin duası ilə
Haqqın günəşi altındaisinək.
Bir şeir yaz,
Sözlər qılınc kəsilsin,
Əyrilərə düzlük dərsi olsun…
Əllərim ümidlə qalxsın göyə,
Adım unudulmasın -
Qəlblərdə yaşasın.
Bir şeir yaz -
Elə bir şeir ki,
Oxuyanlar səssizcə köks ötürsün,
“Bu, Xuramanın şeiridir…”
- deyib,
Gözlərinənur, qəlblərinə fərəh gətirsin...
TürkünXanımı
Türkün xanımı - millətin, xalqın qeyrəti,
Elin məğrur duruşu, hünər, əzəmət kimidir.
Qəlbindəki dualaryüz illik tarixdən gələr,
Səbrində, əməlində - Tanrıdan hikmət kimidir.
O - ləyaqət güzgüsü, həm anadır, həm bacıdır,
Haqqı heç ödənməyən - sonsuz hesabat kimidir.
O- Türkün xanımıdır, igidlər verər vətənə,
Şərəfiylə ucalar, əlçatmaz nemət kimidir.
Həm çiçəkdir, həm polad, həm zərifdir, həm də ki, sərt,
Qanı Türkün qanıdır - gücdür, dəyanətkimidir.
Göz yaşlarında dua, gülüşlərində bahardır,
Sözü - namus sözüdür, xalqa əmanət kimidir.
O - sevgidir, mərhəmətdir, nurdur, bərəkətdir,
Onu Allah göndərib - göylərdən enmiş mələkdir.
O - Türkünanasıdır, yerdəki cənnət kimidir,
O- Türkünxanımıdır, yerdəki cənnət kimidir.
SübhDualarım
Sübh namazında – hələqaranlıqda,
İşıqdoğmamış, üfüqləryanmamış.
Dənizlərinüzərindənsüzülən dualarım,
Buludlarıyara-yarayüksəlirgöylərə.
O dualar - qəlbiminsükutçiçəkləridir,
Yaradanaboylananyalvarışsəsləridir,
Səmalaratoxunur, ulduzlaraqarışır,
Mələklərdədilaçıbeləməndəndanışır.
Sabahınsükutundaeşidilənbirnida,
Ümidiminçırağı, ruhumun yüksəlişi.
Göylərəqalxano safyalvarışlar...
MəniRəbbiməənyaxınedənanlar.
Şükürləaçılarduaəlləri,
Səmadapıçıldarimandilləri.
Rəhmətinyağışıruhumaqonar,
Ümidləaçılarkönülgülləri.
O-Allahabağlılıqo, ruhunpıçıltısı,
O,rəhmət yağışıdır, göydənyerədönəcək.
Duaacizlikdeyil, imangücününsəsi,
O sevgidənyaranır, Yaradanadönəcək…
“Ağsaçlarım”
İllərpıçıldadıki, saçlarınınağıçox.
Dedim, hesabsızolanbircətelimbeləyox.
Sevdailəödənmiş, ağsaçlarınhesabı,
Eşqləmöhürlənibdironlarınhərkitabı.
Güzgüsöylədimənə, saçlarınayağmışqar...
Dedim, onlarömrümünçiçəkləri, gülüdür.
Sənidərdəsalmasınbuağlarınçoxluğu,
Hərtelimbirxatirə, bir ömrünmənzilidir.
Saçlarımdakıağlarhəsrətimin izidir,
Qaranlıqgecələrinişıqlı gündüzüdür.
Sevgiiləyazılmışsusqunməktubduonlar,
Ürəyimdəgizlənənbirsevdanınizidir.
AğtellərYaradanınverdiyihikməttacı,
Onlarömrümünyolu, sevda fəlsəfəsidir.
Ağaranhərbirtelimhəyatınhəqiqəti,
Ömrünağçiçəkləri, ürəyimin səsidir.
Saçımdakı ağtellərbirxatirə, birdua,
Qocalıqyüküdeyil, səbrin nişanəsidir.
Səni dərdəsalmasınqoyağaransaçlarım,
OnlarAllahdan gələnömrün hədiyyəsidir.
Onlarmənləyürüyəneşqin pərvanəsidir.
Azərbaycan-Türkiyə
Əzəldən bir doğulub
Birgə boy atmısınız,
Adı, ruhu, qanı, bir,
Kökü, soyu, canıbir,
Siz doğma qardaşsınız
İşıqlıgələcəyə
Azərbaycan-Türkiyə!
Tarix boyubir olub
Yolunuz, məqsədiniz.
Dünyayacar çəkibdi
Türk adlı haqq səsiniz,
Sizin bu varlığınız
Bölünməzdir ikiyə
Azərbaycan-Türkiyə!
Başəyməz türk övladı
Düşməninə, yadına.
Sadiq olub hər zaman
Özünün türk adına.
Layiqdir ərənliyə,
Layiqdir hər sevgiyə,
Azərbaycan-Türkiyə!
Daşınızda doğmalıq,
Sözünüzdə qürur var.
Yenilməz vüqarınız
Düşmənin bağrınyarar.
Siz ey doğma şahinlər,
Turana gedən yolun
Göyərən ümidləri
Sülhün göyərçinləri!
Nə mutlu Türküm deyə,
Azərbaycan-Türkiyə!
Kəndimizyada düşür...
Düşüb xəyallarımın
Yenə şirin vaxtına...
Əyləşirəm ömrümün
Şirin-şəkər taxtına...
Keçirəm uşaqlığın,
Gəncliyin xoş çağından
Keçirəm kəndimizin
Sakit axan çayından...
Boylanıb gül qoxulu
Çiçəkli çəmənindən
Dərirəm laləsindən,
Küskün bənövşəsindən.
Bağ-bağçamız gülüşür,
Kəndimiz yada düşür...
Göz gəzdirib sürməli
Al-əlvan meşəsinə.
Üzümü söykəyirəm
Dağların sinəsinə..
Çobanın tütək səsi,
Yazın ilıq nəfəsi
Qonum-qonşu harayı,
Sevindirir hər kəsi,
Bulud-buludyağışlar.
Qəlbimin sərinliyi,
Torpaq qoxusu duyur,
Ruhumun dərinliyi.
Könlüm elə üşüyür
Kəndimiz yada düşür...
Qol budaqlı çinarlar,
Yollara işıq saçır.
Neçə qəlblərə fərəh,
Ümudlərə yol açır...
Neçə ömür sirdaşı,
Neçə sevən ürəyə
Olubdu yol yoldaşı.
Hər düşən yarpağında,
Bir sevdanın izi var,
Hər yarpağın köksündə,
Bir yarımçıq arzu var.
İllər necə ötüşür...
Kəndimuz yada düşür...
Atalı, həm analı
Ömümün ən xoş günü.
Necə də sevinərdik
Kəndimizin toy günü.
İsti ocağımızın
Başına yığışardıq,
Nağıllı gecələrdə
Nağılla yarışardıq.
Doğmaların ətrini
İndi kənddən alıram,
Ömrü günü beləcə
Sakit yola salıram
Yolların ayrıcında
Xəyallarım görüşür
Kəndimiz yada düşür...
Səcdənəgəlmişəm, Şuşam!
Həsrətdən üşüyənarzularımı,
Götürüb səcdənə gəlmişəm, Şuşam.
Neçə baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.
Mərmi gülüşlərin göz dağım olub,
Hər damla göz yaşın bulağım olub,
Sənsiz kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm, Şuşam.
Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm, Şuşam.
Qarlı dağlarına çökən duman-çən,
Mənim ürəyimə çökmüşdünədən,
Ruhumu özüylə aparıb gedən,
Dünyanı öz dünyam bilmişəm, Şuşam.
Olub keçənləri unudaq daha,
Bağışla, deyəsən batdım günaha,
Bilsəydin açılan bu xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm, Şuşam.
Xoşdur azadlığın, xoşdur bu sədan,
Səni gözlərimdə yaşatdım hər an,
Səcdənə durubdur qızın Xuraman,
Səni candan artıq sevmişəm, Şuşam.
Turanelləri
Gözün aydın olsun, ey ulu yurdum,
Yayıldı dünyaya Türkün gür səsi!
Nurunaqərqoldu könüllərimiz,
Cahanaod saldı Turan nəfəsi…
İgid oğullarım, çıxıbtufandan,
Qaldırdı göylərə“kurtbaşlı”tuğu!
Zəfər tarixini yazan əllərim,
Göstərdi âləmə“Dəmir Yumruğu!”
Yenilmez Türkruhu, Türküngeyrəti,
Tarixin bağrından qopup gəldik biz!
Bu torpaq uğruna, vətən uğruna,
Qan axıdıb can verərək öldük biz!
Yüksəldərək yurdunhür bayrağını,
Duyduq azadlığınşirin dadını.
Çıxdıq savaşlardan alnımız açıq,
Yaydıqbu dünyaya Türkün adını.
Birlikdəyürürlər Kızıləlma’ya,
QardaşTürkiyə’ylə, can Azərbaycan.
Kazak, Türkmən, Özbək, Kırgız da gəlir,
Qurulacaq mütləq, o büyük Turan!
Sönməyən çırağam , yanan ocağam,
Əslım Oğuz Türk’ü, hədəfim Turan.
Günəş kimi doğub yurdum üstünə,
Saçarım nurumu,rəhbərim Qur’an.
Əsirlərləayrı düşsək də bizlər.
Tariximiz eynı, dilimiz birdir.
Bir ağacın qollarıyıqbiz Türkler,
Qönçəmiz də birdir, gülümüz birdir.
Gəlin, səmasında qanadgərək biz,
Sarsın qollarımız Turanelini.
Birləşək bizeyni bayraq altında,
Bayrağımız olsun, TURANgəlini!