AZ

İsveçdə yeni doğulmuş uşaqlara RSV yə qarşı peyvənd vurulacaq

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Stokholm, 11 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə bütün yeni doğulmuş uşaqlar doğuşdan dərhal sonra respirator sinsitial virusa (RSV) qarşı peyvənd ala biləcəklər.

AZƏRTAC xəbər verir ki, preparat 5-6 ay ərzində uşağa dərhal müdafiəni təmin edir.

Uşaqların böyük əksəriyyəti həyatın ilk iki ilində RSV-yə yoluxur. Adətən xəstəlik yüngül keçir – zökəm və bir az qızdırma. Ancaq bəzi körpələrdə xəstəlik o qədər ağır inkişaf edir ki, xəstəxanaya yerləşdirmə tələb olunur. İnfeksiya şişkinliyə, iltihaba və tənəffüs yollarını daraldan seliyin yaranmasına gətirib çıxarır. Onların diametri yarıya endirilirsə, müqavimət 16 dəfə artır.

Pediatrların sözlərinə görə, proqramın məqsədi ağır xəstəlik hallarının və xəstəxanaya yerləşdirilmələrin sayını azaltmaqdır. Hər il orta İsveç regionunda 50-60 uşaq RSV səbəbiylə xəstəxanaya yerləşdirilir, onların hər on nəfərdən birinin intensiv terapiyaya ehtiyacı var. Nadir hallarda xəstəlik ölümlə nəticələnir.

Preparat təhlükəsiz hesab olunur. Keçən il tətbiq olunduğu Finlandiyada qorunma səviyyəsi 90 faiz qiymətləndirilir.

Həkimlər ümid edirlər ki, yenilik həm uşaqları müdafiə edəcək, həm də valideynlərin narahatlığını, uşağa qulluq üçün xəstə günlərinin sayını, eləcə də səhiyyə sisteminin yükünü azaldacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr