I Liqada mübarizə aparan "Mingəçevir" köklü dəyişikliklərə gedib.
Klub adını "ASTA Mingəçevir" olaraq yeniləyib. Həmçinin komandanın loqosu dəyişdirilib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ASTA Mingəçevir" 6 transferi eyni anda açıqlayıb.
Müdafiəçilər Kənan Quliyev və Rəhim Cəfərli, hücumçu Qurban Səfərov, yarımmüdafiəçilər Bakary Jaiteh, Nicat Məmmədov və Seymur Məmmədov komanda ilə müqavilə bağlayıblar.