AZ

Alkaras: "Devis Kubokunda iştirak etmək eqoizm olardı"

Altıqat "Böyük Dəbilqə" çempionu, dünyanın birinci raketkası ispaniyalı Karlos Alkaras Danimarka ilə Devis Kuboku uğrunda oyundan niyə iştirak etməyəyini izah edib.

İdman.biz bu barədə "Punto de Break"a istinadən xəbər verir.

"Çox üzr istəyirəm, amma çoxlu qarşılaşmalarla dolu həm psixoloji, həm də fiziki cəhətdən çox çətin bir mövsüm keçirirəm. Evə gedib Devis Kubokuna yaxşı hazırlaşmağa vaxtım yoxdur.

Düşünürəm ki, bu, çox eqoistcəsinə olardı, çünki digər oyunçular daha yaxşısını edə bilərlər. Bu turda əldə etdiklərimi anlamaq üçün mövsümün qalan hissəsindən əvvəl istirahətə və hər şeydən əvvəl psixoloji sakitliyə ehtiyacım var”, - Alkaras deyib.

İdman.biz

Seçilən
38
1
idman.biz

2Mənbələr