AZ

İngiltərə millisinin sabiq üzvü "Əl Əhli" barədə çox yüksək fikirdədir

Hazırda “Əl Əhli”də çıxış edən “Brentford” və İngiltərə yığmasının sabiq hücumçusu Ayvan Toni Səudiyyə Ərəbistanı çempionatının səviyyəsindən danışıb.

İdman.biz bildirir ki, Toni komandasının İngiltərə Premyer Liqasının ilk dörd klubu arasında yer ala biləcəyini irəli sürüb.

"Ronaldo bütün dünyanı dolaşıb və yəqin ki, məndən çox şey bilir, çünki mən yalnız Premyer Liqada, Çempionşipdə, birinci və ikinci liqalarda oynamışam. Mənim üçün [Pro Liqa] İngiltərə Premyer Liqası ilə eyni səviyyədədir. [Əl Əhli] Premyer Liqada olsaydı, əlimizdən gələni edərdik və ilk dördlüyə yaxın olardıq. "Əl Hilal"ın "Mançester Siti" ilə oynayıb onu məğlub etdiyini gördük", - Toni deyib.

İdman.biz

Seçilən
48
idman.biz

1Mənbələr