"Panantinaikos"dan ayrılandan sonra "Al Şabab"ı çalışdırmış Fatih Terimə Avropadan təklif gəlib. 

Offsideplus.az "iSpor"a istinadən xəbər verir ki, türkiyəli baş məşqçi karyerasını Avropada davam etdirə bilər. Belə ki, Çexiya Futbol Federasiyası F.Terimi milli komandanın sükanı arxasına gətirmək istəyir. O, yığmadan göndərilməsi gözlənilən İvan Haseki bu vəzifədə əvəz edə bilər.

Qeyd edək ki, 72 yaşlı mütəxəssis 2025-ci ilin iyun ayında "Al Şabab" ilə vidalaşıb. Fatih Terim Çexiya milli komandasının idman direktoru Pavel Nedved ilə "Al Şabab"da birlikdə çalışıb.