AZ

Makron Trampla Polşadakı PUA insidentini müzakirə edib

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Makron "X" platformasında yazıb.

Söhbət zamanı Ukraynadakı hadisələr, o cümlədən Polşadakı PUA insidenti, həmçinin İsrailin Qətərə endirdiyi zərbələr müzakirə olunub.

Fransa lideri əlavə edib ki, tərəflər Yaxın Şərqdə, xüsusilə İsrailin Qətərə zərbələrindən sonra yaranmış vəziyyətlə bağlı da narahatlıqlarını bölüşüblər.

Makron ABŞ və Avropa arasında əməkdaşlığın “sülh və təhlükəsizliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıdığını” vurğulayıb.

Seçilən
46
1
apa.az

2Mənbələr