AZ

Keçmiş futbolçu İsak barədə: "O əclafı hər yerdə fitə basmaq lazımdır"

"Nyukasl Yunayted"in keçmiş futbolçusu Coi Barton, klubdan "Liverpul"a qalmaqallı transferindən sonra Aleksandr İsakı tənqid edib.

İdman.biz bildirir ki, İsak 125 milyon funt-sterlinqə (145 milyon avro) "Nyukasl"dan "Liverpul"a keçib və bu, İngiltərə futbol tarixində rekord müqavilə olub. İsveçli hücumçu Premyer Liqanın ilk turlarında oynamayıb və mersisaydlılara keçmək üçün "Nyukasl"la məşq etməyib.

"Əgər Aleksandr İsak zədələnsəydi, "Nyukasl" müqaviləsinin bütün müddəti ərzində ona maaşını tam olaraq ödəyəcəkdi. Yəni futbol klubunun oyunçuya sədaqəti budursa, o zaman futbolçunun kluba sədaqəti haradadır? Aleksandr İsak zədələnsə, yenə də eyni maaşı alacaq.

İnvestisiya baxımından hər kəsə müqavilələrin dəyərsiz olduğunu göstərdiniz. İkincisi, onu tərifləyənlərə, başını sığallayanlara deyirəm, bu davranışına görə hər stadionda onu fitə basmaq lazımdır. O, özünü əsl əclaf kimi apardı və məncə, İsakın davranışının nəticələri ilə bağlı diqqətli olmalıyıq. Futbolçular muzdlulardır”, - Barton deyib.

Alexander Isak 2022-ci ilin yayından "Nyukasl"da çıxış edib. Ümumilikdə o, Premyer Liqada 86 matçda 54 qol vurub və 10 məhsuldar ötürmə edib. İsveçli "Liverpul"da 9 nömrəli formanı geyinəcək.

İdman.biz

Seçilən
44
1
idman.biz

2Mənbələr