AZ

"Şükür ki, azarkeşlərin önündə məğlub olmadıq"

“Düşünürəm, bu heç-heçəyə layiq idik.

Hamı sevinir, Ukraynadan bir xal qoparmışıqsa, bunun özü də böyük şeydir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunu barədə danışarkən deyib.

O, qazanılan ilk xalı belə şərh edib:

“Rəqibi analiz etmişdik, güclü tərəflərini bilirdik. Şükür ki, azarkeşlərin önündə məğlub olmadıq.

İslandiya səfərindən komanda olaraq yorğun gəldik. Ağır məğlubiyyət yaşadıq, buna görə çox üzülmüşdük.

Psixoloji olaraq düzəlməli, özümüzü oyuna hazırlamalı idik. Ayxan müəllim sağ olsun, bizə həm psixoloji, həm də taktiki baxımdan çox kömək oldu. Nəticə göz önündədir”.

Cəfərquliyev Fernandu Santuşun gedişindən sonra komandadakı ab-hava barədə də danışıb:

“Özümüz uşaqlarla yığışdıq, danışdıq. Həqiqətən vəziyyətimiz ağır idi.

Ani baş məşqçi dəyişikliyi çox da təsirini göstərmədi. Düşünürəm, yaxşı oynadıq. Qarşıdakı oyunlarda da əlimizdən gələni edəcəyik”.

Azərbayycan – Ukrayna görüşü 1:1 hesabı ilə bitib.

Seçilən
26
sportinfo.az

1Mənbələr