AZ

HƏMAS liderlərinin Dohaya hücumdan sağ çıxmalarının səbəbi bu ola bilər

BAKI, 11 sentyabr. TELEQRAF

Fələstinin HƏMAS hərəkatının liderləri İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Dohaya hücumdan az öncə mobil telefonlarını götürmədən otağı tərk etdikləri üçün sağ qalıblar.

Teleqraf xəbər verir ki, bu versiyanı “Israel Hayom” qəzeti ərəb mənbələrinə istinadən yazıb.

Məlumatda bildirilir ki, hücumdan əvvəl HƏMAS liderləri gözlənilmədən günorta namazı üçün başqa bir otağa keçmiş və İsrail hərbçilərinin yüksək dəqiqlikli silahlarını hədəfə yönəltmək üçün siqnallarından istifadə etdikləri telefonlarını özləri ilə götürməmişlər. İddia olunur ki, mərmilərin hədəfə çatmamasına səbəb məhz bu ola bilər.

Seçilən
14
teleqraf.com

1Mənbələr