AZ

Polşa BMT TŞ-nin iclasının keçirilməsini tələb etdi

BAKI, 11 sentyabr. TELEQRAF

Polşa öz hava məkanında Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) vurulması faktı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının çağırılmasını xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə sentyabr ayında bu orqana sədrlik edən Koreya Respublikasının BMT-dəki missiyasından bildirilib.

“Sorğu Polşa tərəfindən verilib”, - məlumatda deyilir.

Bildirilir ki, hazırda iclasın nə vaxt keçiriləcəyi müzakirə olunur.

Seçilən
50
teleqraf.com

1Mənbələr