AZ

Paşinyan komandası tez-tez büdrəyir - RƏY

Əgər sülhə xəyanət etsələr, bu, ABŞ-yə xəyanət sayılacaq

Ermənistanın siyasi elitası dayanıqlı fikir müvazinətinə sahib deyil

Son dövrlərdə Ermənistan rəsmiləri Azərbaycanla sülh sazişini region üçün “əməkdaşlıq və firavanlıq dövrünün başlanğıcı” kimi təqdim etməyə başlayıblar. Xüsusilə Avropa nümayəndələri ilə görüşlərdə bu tezis ön plana çəkilir. Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryanın Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü Adis Ahmetoviçlə görüşündə səsləndirdiyi fikirlər də bunun bariz nümunəsidir: “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında saziş həm də qonşu ölkələr, Avropa Birliyi və Almaniya üçün böyük imkanlar yaradır. Həmçinin sazişin paraflanması əvvəllər xarici investorlar üçün maneə olan təhlükəsizlik risklərini də azaldır”. Bundan əlavə, diplomat sənədin paraflanmasının xarici investorlar üçün əsas maneə hesab olunan təhlükəsizlik risklərini aradan qaldıracağını vurğulayıb. 

Siyasi ekspert Sona Əliyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın siyasi elitası dayanıqlı fikir müvazinətinə sahib deyil: 

“Baş nazir Nikol Paşinyan və onun hazırkı komandası tez-tez büdrəyən açıqlamalar verməklə gündəmə gəliblər. Ən pis halda isə İrəvandan gələn açıqlamaların biri o birini təsdiq yox, inkar edib. Sevindirici haldır ki, Ermənistan tərəfi son bir ayda yekdil fikir ortaya qoyan bəyanatlar vermək üçün özlərində cürət və cəsarət tapırlar. Görünən odur ki, 8 avqustda Vaşinqtonda imzalanan saziş Ermənistana başqa çıxış yolu qoymayıb. Əgər işğalçı ölkə təmsilçiləri sülhə xəyanət etsələr, bu, ABŞ-yə xəyanət sayılacaq. Ona görə də Viktor Yengibaryan və digərləri Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılığı bəh-bəhlə tərifləyirlər. Əgər Rusiyadan sərt basqıların təzyiqi bir qədər artarsa, o zaman İrəvanın vəziyyəti də dəyişəcək.  Yenə də bəyanatlarda nala-mıxa vuracaqlar. Hələ ki, Kreml bütün diqqətini Ukrayna cəbhəsinə, orada sülh əldə etməyə yönəldib. Rusiya sona qədər səssiz qalarsa, o zaman Ermənistanın bəyanatları da stabil olaraq qala bilər”.
Seçilən
1
1
sherg.az

2Mənbələr