AZ

ABŞ Konqresi 2026-cı il üçün hərbi xərcləri təsdiqlədi

BAKI, 11 sentyabr. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2026-cı maliyyə ili üçün təxminən 900 milyard dollar həcmində hərbi xərclərini təsdiqləyib.

Teleqraf xəbər verir ki, Nümayəndələr Palatasının 231 üzvü sənədin lehinə, 196 üzvü əleyhinə səs verib.

Bu məbləğin 400 milyon dolları Ukraynaya hərbi yardım üçün nəzərdə tutulub. Bu vəsait Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (Ukraine Security Assistance Initiative, USAI) xətti ilə ayrılacaq.

ABŞ Konqresinin Senatı bu qanun layihəsinin başqa versiyasını nəzərdən keçirir. Həmin versiya qəbul edildikdən sonra, xüsusi komissiya yekun sənəd üzərində işləyəcək. Yalnız bundan sonra o, imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.

Seçilən
9
teleqraf.com

1Mənbələr