AZ

Qırmızıbazara qayıdan sakin: "Həmişə arzulamışıq ki, müharibə bitsin, öz doğma yurdumuza gedək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanımızın hər qarışı Vətəndir, amma öz doğulduğun rayona, kəndə qayıtmaq sanki öz ailənə, doğmalarına qovuşmaqdır".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Bakıdan Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinə köç edən Nazənin Qardaşxan qızı Hüseynova deyib.
O bildirib ki, ən böyük arzusu bu gün həyata keçir:
"Bu gün çox sevinirik. Gedib evlərimizi də görmüşük, hər şey yüksək səviyyədə təşkil olunub. Mən bu torpaqlardan çıxanda 40 yaşım var idi, indi 75 yaşım var. Həmişə arzulamışıq ki, müharibə bitsin, öz doğma yurdumuza qayıdaq. Heç olmasa, son nəfəsimizdə də olsa, gedib görək torpaqlarımızı. Ölsək, heç olmasa, öz torpağımızda ölək.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızıbazara 10 ailə - 39 nəfər, Sos kəndinə isə 10 ailə - 45 nəfər köçürülür.
Rövşən Əsədov
Seçilən
14
oxu.az

1Mənbələr