AZ

Cokoviç ailəsi ilə birlikdə daimi olaraq bu ölkəyə köçdü

“Böyük Dəbilqə”nin 24 qat çempionu, dünyanın 4 nömrəli tennisçi, serb Novak Cokoviç Yunanıstanın daimi sakini olub.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın “Tennis News” portalı məlumat yayıb.

Cokoviç Afinanın cənub ətrafındakı Qlifadada ev kirayələyib. Övladları artıq ingilisdilli özəl məktəbə yazılmışdı. Çərşənbə axşamı, sentyabrın 9-da Novak Afinadakı tennis klublarından birində böyük oğlu Stefanı məşq etdirərkən görüntülənib.

Cokoviç və ailəsinin tezliklə Yunanıstana köçəcəyi xəbəri 2025-ci ilin yayında ortaya çıxdı. Novakın ölkədə yaşamaq icazəsi aldığı bildirilirdi.

Seçilən
18
15
publika.az

10Mənbələr