AZ

Məscidlərə donuz başı atanlar TAPILIB

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

 Paris prokurorluğu dünən Fransanın bir sıra şəhərlərində donuz başlarının məscidlərin yanına atılması  ilə bağlı araşdırmanın ilk nəticələrini açıqlayıb.

“Cebheinfo.az” “Le Figaro”-ya istinadən xəbər verir ki, Paris prokurorluğu donuz başlarının "ölkədə iğtişaş törətmək niyyəti ilə dərhal ərazini tərk edən xarici vətəndaşlar tərəfindən" məscidlərin yanına atıldığını  bildirib.

Müstəntiqlər Normandiyadakı bir fermerdən də məlumat alıblar. O, iki naməlum şəxsin ondan on donuz başı aldığını və Serbiya nömrəli avtomobillə gəldiklərini deyib. Avtomobillə Parisə gələn iki naməlum şəxsin bir neçə məscidin qarşısına donuz başlarını qoyub getdikləri müşahidə kameralarına düşüb. Daha sonra onlar Belçika sərhədini keçiblər.

İslamda natəmiz hesab edilən heyvanın başı çərşənbə axşamı səhər saatlarında Parisdə və Paris bölgəsində məscidlərin yanında tapılıb və bu, böyük qəzəb doğurub.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr