AZ

Şəmkirdə ailə faciəsi ilə bağlı vəzifəli şəxsə cəza verildi

Şəmkir Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Qulam Qulamovun (adı soyadları şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmaları başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həvayət Məhəmmədinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 2024-cü ilin oktyabrında Şəmkir rayonunun Düyərli kəndində qeydə alınıb.


Belə ki, həmin kənd sakini, 2008-ci il təvəllüdlü Nəsibova Pərvin Habil qızı və 1993-cü il təvəllüdlü Hümbətov Hümbət İkram oğlu ərazidə iş görən zaman ehtiyatsızlıqdan onları elektirk cərəyanı vuraraq öldürüb.


Məlumata görə, səhər saatlarında evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.


Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.


Hadisədən sonra “Azərişıq” ASC-nin mütəxəssis vəzifəsində işləyən Qulam Qulamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 11 Sentyabr 2025, 08:31   
Seçilən
70
2
pravda.az

3Mənbələr