AZ

Prezidentin köməkçisi ABŞ Konqresində sammitdə çıxış edib

 Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq sammitində iştirak edib. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi çərşənbə axşamı məlumat yayıb.

Sammitdə Hacıyev Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq, regional məsələlər və qlobal sülh mövzularını müzakirə edib.

Hacıyevin çıxışı avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən sonra baş tutub. Həmin tədbirdə prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə birgə bəyannamə imzalayıb və sülh sazişini paraflayıblar.

Bundan əlavə, Bakı və Vaşinqton arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub.

N.Təbrizli

Seçilən
23
1
anews.az

10Mənbələr