AZ

Trampdan Rusiyanın Polşaya dron hücumu ilə bağlı ilk açıqlama – “başlayırıq”...


ABŞ prezidenti Donald Tramp Polşanın hava məkanını pozan Rusiya pilotsuz təyyarələri ilə bağlı ilk dəfə açıqlama verib.

Bütün Avropa və NATO ölkələrini təşvişə salan hücumla bağlı “Truth Social”da paylaşım edən Tramp bildirib: "Rusiyanın pilotsuz təyyarələrlə Polşa hava məkanını pozması nə deməkdir? İndi baxaq, başlayırıq".

Polşa Rusiyanın Ukraynadakı hədəflərə hücumları zamanı qısa müddətdə dəfələrlə hava məkanını pozan bir neçə pilotsuz təyyarəni vurduğunu açıqlayıb. NATO-nun hava hücumundan müdafiə sistemləri də işə salınıb. Hücumu təcavüz aktı kimi xarakterizə edən Varşava ilk dəfə olaraq müharibəyə daxil olub.

Kremlin sözçüsü Peskov jurnalistlərin Polşaya dron hücumu ilə bağlı sualını cavablandırmaqdan imtina edib. Nə qədər maraqlı olsa da, hər məsələyə münasibət bildirən Putinin sözçüsü bu dəfə danışmaq istəməyib, bunun onun sahəsi olmadığını bildirib və jurnalistlərə sualı Rusiya Müdafiə Nazirliyinə ünvanlamağı məsləhət görüb. Rusiya Müdafiə Nazirliyi isə Ukraynaya edilən hücumlar zamanı Rusiya pilotsuz təyyarələrinin Polşanı hədəf almadığını iddia edib.

TAHİR

Seçilən
85
baki-xeber.com

1Mənbələr