AZ

“Milan” 8 milyon avro qazandı

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Milan”ın futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Əl Şabab”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Milan” Adlinin satışından 8 milyon avro qazanıb.

Yarımmüdafiəçi ötən mövsümü “Fiorentina”da icarədə keçirib. O, 35 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
futbolpress.az

1Mənbələr