İstanbulda Küçükçekmece Respublika Prokurorluğu “Can Holding” rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 8 nəfər haqqında həbs qərarı çıxarıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, holdinqə daxil olan 121 şirkət, o cümlədən “Habertürk” və “Show TV”-yə əl qoyulub.
İttihamlara “cinayət təşkilatı yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” daxildir.