AZ

Türkiyədə səs-küylü hadisələr: İki məşhur telekanala həbs qoyuldu

BAKI, 11 sentyabr. TELEQRAF

Türkiyədə fəaliyyət göstərən “Can” Holdinqin sahibləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 8 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, “Cinayətkar dəstəyaratmaq”, “qaçaqmalçılıq”, “fırıldaqçılıq” və “cinayət yolu ilə əldə edilmiş çirkli pulları yumaq” ittihamları ilə başladılan istintaq çərçivəsində, holdinqin tərkibindəki bir neçə şirkət və əmlaklara, o cümlədən “Habertürk” və “Show” TV-yə həbs qoyularaq Əmanətlərinin Sığortalanması Fonduna (TMSF) təhvil verildiyi və bu şirkətlər barəsində axtarış aparıldığı bildirilib.

Jandarma qrupları səhər saatlarında İstanbulda “Can” Holdinqin baş ofisi də daxil olmaqla törəmə şirkətlərində axtarışlara başlayıb.

Turqay Ciner 2024-cü ilin dekabrında “Habertürk” və “Show” TV də daxil olmaqla, bütün səhmlərini “Can” Holdinqə təhvil vermiş və mediadan çəkilmişdi.

Seçilən
46
teleqraf.com

1Mənbələr