Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqresdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, regional məsələlər və qlobal əhəmiyyətli sülh gündəliyi barədə geniş müzakirələr aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.