AZ

Meksika Çindən gətirilən avtomobillərə 50 faiz rüsum tətbiq etməyə hazırlaşır

Meksikanın iqtisadiyyat naziri Marselo Ebrard, Çin və digər Asiya ölkələrindən idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumunun 20 faizdən 50 faizə qaldırılacağını bildirib.

Marja xəbər verir ki, Ebrard çərşənbə günü keçirilən tədbirdə çıxışı zamanı deyib:

“Rüsumları artıracağıq, çünki Meksikaya gətirilən avtomobillərin qiymətləri "referans qiymət" adlandırdığımız səviyyədən aşağıdır. Əsas məqsədimiz məşğulluğu qorumaqdır. Bu məhsullarla bağlı vəziyyət təxminən 320 min iş yerinə birbaşa təsir göstərir.”

Bu addım, ABŞ-ın Latın Amerikası ölkələrini bölgədə bazar payı uğrunda rəqabət apardığı Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmağa təşviq etməsindən sonra atılır.

Qeyd edək ki, Ebrard bu ilin əvvəlində gömrük rüsumlarına qarşı çıxaraq, onların iqtisadi artım və inflyasiyanı aşağı səviyyədə saxlamaq hədəfləri ilə ziddiyyət təşkil etdiyini bildirmişdi.

meksika_avtomobil_rüsumu çin_menşəli_avtomobillər meksika_iqtisadiyyat_naziri marselo_ebrard_bəyanatı gömrük_rüsumu_artımı 50_faiz_rüsum_tətbiqi meksika_asiyadan_idxal ABŞ_çin_rəqabəti 320_min_iş_yeri meksika_ticarət_siyasəti
Seçilən
62
1
marja.az

2Mənbələr