AZ

Hər səhv addım üçüncü dünya müharibəsini yaxınlaşdırır” - macar nazir


Macarıstanın xarici işlər naziri Peter Siyarto Belarusun “Birinci İnformasiya” telekanalına verdiyi müsahibədə Ukrayna münaqişəsi barədə danışıb.
Nazir vurğulayıb ki, müharibə hər gün yeni itkilər və dağıntılar gətirir və sülh danışıqlarının dərhal başlanması daha geniş eskalasiyanın qarşısını almağın yeganə yoludur. “Ukrayna döyüş meydanında qalib gələ bilməz və münaqişə yalnız danışıqlar yolu ilə dayandırıla bilər. Hər səhv addım üçüncü dünya müharibəsi ehtimalını artırır”, - deyə o bildirib.

Mətləb Salahov

Seçilən
47
baki-xeber.com

1Mənbələr