AZ

“Formula 1”ə görə 15 sentyabrdan yollar bağlanır – Siyahı


“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar 15 sentyabrdan Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BŞH məlumat yayıb.
Bildirilib ki, 19-21 sentyabr aralığında baş tutacaq yarışla bağlı logistik əməliyyatların həyata keçirilməsi məqsədilə 12 sentyabr gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.
“Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə 15 sentyabr gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.
Belə ki, 15-16-17 sentyabrda yarış zolağının aşağıda sadalanan giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.
18 sentyabr tarixində isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.
Giriş nöqtələri:
Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.


Çıxış nöqtələri:
Neftçilər prospektindən Bakı Dəniz Limanı və Crescent Mall istiqamətində.
İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
Neftçilər prospektindən Azneft dairəsi və Dəniz Mall istiqamətində.


Seçilən
4
49
yeniavaz.com

10Mənbələr